Yerdəki ən qəribə canlılar: Öz başlarını kəsirlər, işıqla qidalanırlar


Tədqiqatçılar başını bədənindən ayıran və yeni bədən yetişdirə bilən, eyni zamanda okeanın ən maraqlı canlılarından sayılan dəniz ilbizləri barədə məlumat veriblər. Onların digər diqqətçəkən xüsusiyyəti isə günəş işığı ilə qidalanmalarıdır.
Tacxeber.com xəbər verir ki, bu barədə “Science Focus” nəşri xəbər yayıb.
Qeyd edilib ki, “Costasiella kuroshimae” adlı dəniz ilbizləri maksimum 1 santimetrə qədər böyüyür və yosunlarla qidalanır.
Ən maraqlısı isə odur ki, yosunlardakı fotosintez edən xloroplastları udaraq onları bədənlərində saxlayır və bu orqanellər dəniz ilbizinin bədənində fotosintezi davam etdirərək ona enerji verir.