ABŞ yeni təyyarə hazırlayır – Bu yolu 55 dəqiqəyə qət edəcək

Texas startapı “Venus Aerospace” sərnişinləri Nyu Yorkdan Parisə cəmi 55 dəqiqəyə çatdıracağını açıqlayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə layihənin saytında bildirilir.
Qeyd olunur ki, Londonla Nyu York arasındakı məsafə 5567, Nyu Yorkla Paris arasındakı məsafə isə 5833 kilometrdir.
Bundan əvvəl “Venus Aerospace” fırlanan detonasiya raket mühərrikinin atmosfer sınağını tamamlayıb. Bu, təkan yaratmaq üçün sabit yanma əvəzinə fırlanan partlayışlardan istifadə edən bir sistemdir. Sınaqlar Nyu-Meksikodakı kosmodromda baş tutub.