• 31 May 2025 15:30

Elon Mask məyus halda vəzifədən getdi

Paylaş

Milyarder iş adamı İlon Mask bildirib ki, Hökumətin Effektivlik Departamentində (DOGE) onun səlahiyyət müddəti başa çatdı.

“Zaman keçdikcə DOGE-nin missiyası daha da güclənəcək, çünki bu, bütün hökumət üçün həyat tərzinə çevriləcək”, – o, X platformasındakı paylaşımında bildirib.

Tramp Ağ evə qayıtdıqdan sonra Mask “xüsusi dövlət qulluqçusu” təyin edilib. Bu da ona 130 gün dövlət üçün çalışmağa imkan verib. Bu müddət mayın sonunda başa çatır.

 

“Reuters” mənbələrə istinadən bildirib ki, Mask bu açıqlamadan əvvəl Tramp ilə heç bir danışıq aparmayıb və onun gedişi “sürətli” və rəsmi mərasim olmadan baş verib. Buna baxmayaraq, bildirilir ki, qərar ən yüksək səviyyədə qəbul edilib.

Daha əvvəl Mask bildirmişdi ki, “Tesla” şirkətinin idarə olunmasına fokuslanacaq və gələcəkdə siyasətə daha az vaxt sərf edəcək, çünki onun fikrincə, artıq kifayət qədər iş görüb. O, həmçinin vəd etmişdi ki, dövlət qulluqçusu vəzifəsində iş vaxtını həftədə bir-iki günə endirəcək.

“The Washington Post” isə mənbələrə istinadən yazıb ki, Maskın qərarına nəticələrin yetərsizliyindən doğan məyusluq təsir edib. Onun islahat proqramı on minlərlə dövlət qulluqçusunun ixtisarına və bəzi dövlət qurumlarının ləğvinə səbəb olsa da, Maskın vəd etdiyi maliyyə effekti əldə olunmayıb. (Azadlıq Qəzeti)

 

Oxşar xəbərlər