Makedoniyalı İsgəndərin ən yaxın dostunun sirli məzarı: İldə bir dəfə…


Onun dəfn yeri elə düzəldilib ki, günəş işığı qış gündönümündə onu vursun.
Tacxeber.com yeni bir araşdırmaya istinadən xəbər verir ki, bu sözlər təxminən 2300 il əvvəl Makedoniyalı İsgəndərin ən yaxın dostu və cangüdəni üçün tikilmiş nəhəng məzar haqqında qeyd olunub.
Astronomik sirri olan və hazırda Kasta abidəsi adlanan məzar Yunanıstanın şimalındakı qədim Amfipolis şəhərinin yaxınlığında yerləşir. 2014-cü ildə arxeoloqlar məzarın dəfn kamerasında qazıntılar aparıb və ən azı beş nəfərin skelet qalıqlarını aşkar ediblər. Abidənin kimin üçün tikilməsi mübahisəlidir, lakin elm adamları ən çox eramızdan əvvəl 324-cü ildə ölümü ilə Makedoniyalı İsgəndəri böyük kədərə qərq edən Qefestiona aid olduğunu hesab edirlər.
Müstəqil tədqiqatçı Demetrius Savvides yeni araşdırmasında məzarın 3D modelini yaradıb və günəşin və ulduzların zamanla mövqeyində dəyişiklikləri izləyən astronomik proqram olan “Stellarium”dan istifadə edərək eramızdan əvvəl 300-cü ildə məzarın ətrafındakı səmanı yenidən yaradıb.