“Sabah” Berezutskini sağollaşır, əvəzinə ukraynalı mütəxəssis gətirir

Azərbaycan çemponatında çıxış edən “Sabah” baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırmağa hazırlaşır.
Tacxeber.com “TaToTake”-ə istinadən xəbər verir ki, paytaxt klubu ukraynalı mütəxəssis Ruslan Rotanla danışıqlar aparır.
Ölkəsində “Oleksandriya”ya rəhbərlik edən Rotanın dünən “Sabah”ın dəvəti ilə Bakıya səfər etdiyi bildirilib. 2024/25 mövsümündə Ukraynanın ən yaxşı məşqçisi sayılan 43 yaşlı mütəxəssisin “bayquşlar”a gələcək planları müzakirə edib. Onun komandaya rəhbərlik edəcəyi gözlənilir.Qeyd edək ki, “Sabah” Azərbaycan Misli Premyer Liqasında 5-ci pillədə başa vurub. Komanda mayın 31-də Azərbaycan Kubokunun finalında “Qarabağ” ilə qarşılaşacaq. (Sport1)