“WhatsApp”da YENİLİK: Fasilə funksiyası gəlir


WhatsApp istifadəçilərini birbaşa maraqlandıran yeni funksiya yoldadır.
Tacxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, hesabınızı silmədən “çıxış” edərək WhatsApp-a fasilə verə biləcəksiniz.
WhatsApp-ın ən son beta versiyası (v2.25.17.37) sayəsində artıq “çıxış” adlı seçimlə proqramdan çıxmadan proqramdan istifadəyə fasilə verə biləcəksiniz.