Alman deputat Azərbaycan hakimiyyətindən rüşvət aldığını etiraf edib


Keçmiş alman millət vəkili Azerbaijani Laundromat məhkəməsində ona qarşı irəli sürülən ittihamın düzgün olduğunu deyib, lakin sonra jurnalistlərə açıqlamasında Azərbaycan hökumətindən ödənişləri rüşvət hesab etmədiyi üçün günahsız olduğunu bildirib.
Münhen məhkəməsində Lintner prokurorların Azərbaycan hökumətinin istifadə etdiyi məxfi rüşvət fondundan pul alması ilə bağlı ittihamlarının doğruluğunu təsdiqlədi, lakin o, Azərbaycan üçün lobbiçilik fəaliyyətinin “şərəfli motivlərlə” aparıldığını israr etdi.
Paper Trail Media xəbər verir ki, hakim Jochen Bösl bu həftə keçirilən dinləmə zamanı Lintnerin özünəbəraəti rədd edib.
O, məhkəməyə bildirib ki, Lintnerin ittihamları etiraf etməsi etiraf kimi qəbul ediləcək. (Azadlıq Qəzeti)