Bu bitkiyə toxundu, kəkələməyə başladı – Hər evdə var – DİQQƏT
Bəzi ev bitkilərinin gözoxşayan görüntüsünün arxasında ciddi sağlamlıq riski dayana bilər. Xüsusilə son günlərdə sosial mediada böyük maraqla qarşılanan hadisə bu riski bir daha gündəmə gətirib.
Tacxeber.com xəbər verir ki, Bursada yaşayan Meryem Can adlı qadın evində uzun illər bəzək məqsədilə saxladığı “ağlayan çiçək” kimi tanınan “Dieffenbachia” bitkisi ilə təmasdan sonra danışa bilmədiyini açıqlayıb.
Hadisə zamanı bitkini düzəltmək istəyərkən gövdəsinin qırıldığını və içindən çıxan mayenin üz və ağız nahiyəsinə sıçradığını bildirən Can qısa müddətdə dilində yanma və kəkələmə yaşadığını, danışmaqda çətinlik çəkdiyini deyib:
“Əvvəlcə aloe veraya bənzədiyi üçün narahat olmadım. Ancaq dilimdə güclü yanma hiss etdim. Suyu udmadım və dərhal xəstəxanaya gəldim. Həkimlər də bu hadisəyə təəccübləndilər” .
Həkim müdaxiləsindən sonra vəziyyəti stabilləşən Can “Əgər bu mayeni udmuş olsaydım, nəticələr daha ağır ola bilərdi,” deyərək, xüsusilə ailələri və ev heyvanı sahiblərini ehtiyatlı olmağa çağırıb.