Bu eynəklər görmə probleminə səbəb olur – Mütəxəssislər xəbərdarlıq etdi
Günəşli havalarda gözləri qorumaq üçün istifadə olunan gün eynəkləri zərər əvəzinə fayda verməlidir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, keyfiyyətsiz və ucuz eynəklər göz sağlamlığınız üçün ciddi təhlükə yarada bilər.
Tacxeber.com xəbər verir ki, optometristlərin sözlərinə görə, çox ucuz və UV filtri olmayan eynəklər göz bəbəyinin daha çox genişlənməsinə səbəb olur. Bu zaman ultrabənövşəyi şüalar birbaşa gözün tor qişasına zərər verir. Nəticədə katarakta, retina zədələnməsi və uzunmüddətli görmə problemləri ortaya çıxa bilər.