• 07 İyun 2025 15:32

Hakan Fidandan Ukrayna ilə bağlı sensasion açıqlama: bu ilin sonuna qədər…

 Hakan Fidandan Ukrayna ilə bağlı sensasion açıqlama: bu ilin sonuna qədər…
Paylaş

Ukraynadakı müharibə ətrafında siyasi vəziyyət hazırda “yol ayrıcında”dır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 30-da Kiyevdə mətbuat konfransında deyib. Onun sözlərinə görə, variantlardan biri 2025-ci ildə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur: “Bizim qarşımızda iki yol var… Ya bu müharibənin davam etməsinə gözümüzü yumacağıq, ya da bu ilin sonuna qədər daimi sülhə nail olacağıq”, – deyən o, Türkiyənin atəşkəsə nail olmağı özünün başlıca prioriteti hesab etdiyini vurğulayıb.

 

Fidan Kiyevə Moskvadan gəldiyini qeyd edib. Türkiyə diplomatiyasının rəhbəri Rusiyanın danışıqlarla bağlı mövqeyi ilə bağlı qiymətləndirmələrini Ukrayna prezidenti Vladimir Zelenskiyə çatdırmaq niyyətindədir.

Tacxeber.com

Oxşar xəbərlər