İyunun 2-də dünyanın gözü yenidən İstanbulda olacaq

İyunun 2-də ABŞ və “Avropa üçlüyü”nün (Almaniya, Fransa və Böyük Britaniya) nümayəndələri Rusiya və Ukrayna nümayəndə heyətlərinin mümkün görüşü günü İstanbulda olacaqlar.
Bunu ABC News telekanalına müsahibəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq deyib: “Gələn həftə İstanbulda danışıqlar masasına oturub müzakirə edəcəyik: bu necə olmalıdır. Və bizimlə “Avropa üçlüyü” – Almaniya, Fransa və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirləri də olacaq”, – Kelloq deyib.