• 31 May 2025 15:26

Keçmiş müsavatçı intihar etdi — FOTO

Paylaş

Müsavat Partiyasının Neftçala rayon təşkilatının keçmiş sədri Sabir Abuzərov intihar edib.

Tacxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, o, özünü Neftçalada beşmərtəbəli evin damından atıb.

Qeyd olunur ki, bir müddət əvvəl Sabir Abuzərovun oğlu avtomobil qəzasına düşüb. Bu hadisəni eşitdikdən sonra onun dərin psixoloji sarsıntı keçirdiyi bildirilir. İntihara da bunun səbəb olduğu güman edilir.

 

Qeyd edək ki Sabir Abuzərov 1958-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. İxtisasca riyaziyyatçı olan S.Abuzərov müəyyən müddət rəsmi işlərdə – rayon icra hakimiyyətində təlimatçı və şöbə müdiri vəzifələrində çalışsa da, müəllimlik peşəsindən ayrılmayıb.

Riyaziyyat müəllimi olsa da, ömrü boyu tariximizi araşdırmaq onun əsas məşğuliyyətlərindən biri olub.

Buna görə də onu çoxları tarixçi kimi tanıyırdi.

 

Tacxeber.com

Oxşar xəbərlər