Kürən, sarışın, yoxsa qaraşın? – Xərçəngə ən çox meyilli olan rəng tipi

Dəri rəngi və saç tonunun xərçəng riski ilə əlaqəsi olub-olmaması uzun müddətdir tibb sahəsində maraq doğuran mövzulardan biridir. Dermatoloqlar bu sualı aydınlaşdırmaq üçün geniş müşahidələr aparıblar və nəticələr bir daha sübut edib ki, bədənimizin rəng çalarları sağlamlığımızla birbaşa əlaqəlidir.
Tacxeber.com xəbər verir ki, mütəxəssislər bildirir ki, kürən və sarışın saçlı, açıq dərili insanlar günəşin zərərli ultrabənövşəyi (UV) şüalarına qarşı daha həssas olurlar. Bu da onların dəri xərçəngi, xüsusilə melanom inkişaf etdirmə riskini artırır. Açıq dərili insanlarda dəridə piqmentin – melanin miqdarı az olduğundan, günəş şüalarının dərinin dərin qatlarına təsiri daha güclü olur.
Əksinə, qaraşın və tünd dərili şəxslər melanin baxımından daha zəngin olduqları üçün dəriləri UV şüalarından daha yaxşı qorunur. Bu, onların bəzi dəri xərçəngi növlərinə qarşı nisbətən daha az həssas olduqlarını göstərir. Lakin bu, onların tam təhlükəsiz olduğu anlamına gəlmir.