• 01 İyun 2025 09:54

Serbiya zavodunda partlayış və Rusiya ilə silah qalmaqalı…

 Serbiya zavodunda partlayış və Rusiya ilə silah qalmaqalı…
Paylaş

“Kruşik zavodundakı partlayış fonunda Belqrad silah tədarükü ittihamlarını rədd edir…”

Mayın 30-da səhəri Serbiyanın Valyevo şəhərində yerləşən “Kruşik” hərbi zavodunda növbəti partlayış baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə “‘focus.ua” nəşri məlumat yayıb.

Rəsmi məlumatlara görə, hadisə pentaeritrittetronitrat maddəsinin preslənməsi zamanı qeydə alınıb. Beş nəfər xəsarət alıb, onlardan dördü kontuziya, biri isə kəsici yaralarla xəstəxanaya yerləşdirilib. Bu, son illər ərzində zavodda baş verən sayca dördüncü partlayışdır.

 

Rusiya Serbiyanı Ukraynaya silah ötürməkdə ittiham edir

Zavoddakı partlayışla eyni vaxtda Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Serbiyanı Ukraynaya dolayısı ilə silah tədarükündə günahlandırıb. İddialara görə, serb sursatları Çexiya, Polşa, Bolqarıstan və bir sıra Afrika ölkələri vasitəsilə Ukrayna ordusuna çatdırılır. SVR bu sxemin saxta son istifadəçi sertifikatları ilə həyata keçirildiyini bildirir.

“Rusiyaya arxadan atəş” -SVR-in sərt reaksiyası

 

Rusiya kəşfiyyatı Serbiya hərbi sənaye kompleksinin aparıcı şirkətlərini – “Yugoimport SDPR”, “Zenitprom”, “Kruşik”, “Sloboda”, “Prvi Partizan” və başqalarını bu tədarükdə iştirakda ittiham edib. SVR-in bəyanatında bu proses “Rusiyaya arxadan atəş” kimi xarakterizə olunub və Serbiya ilə olan “tarixi münasibətlərə xəyanət” kimi təqdim edilib.

Vuçiç ittihamları qismən rədd edir

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya tərəfinin bəzi iddialarını təkzib edib. Onun sözlərinə görə, bəzi məlumatlar həqiqətə uyğun deyil və Serbiya Çexiyaya raket ixrac etməyib. Vuçiç bildirib ki, bu məsələni Rusiya prezidenti Vladimir Putinlə bir neçə dəfə müzakirə edib. Hazırda iki ölkə arasında silah ixracını nəzarətdə saxlamaq üçün birgə işçi qrupu fəaliyyət göstərir.

 

Serbiyanın rəsmi mövqeyi: neytrallıq və iqtisadi maraqlar

Vuçiç qeyd edib ki, Serbiya rəsmi olaraq Rusiya-Ukrayna müharibəsində neytral mövqe tutur və Moskva əleyhinə sanksiyalara qoşulmayıb. Bununla yanaşı, hərbi sənaye sektorunun 24 min serb vətəndaşını işlə təmin etdiyini vurğulayıb və bu sahənin davamlı fəaliyyətinin vacibliyini önə çəkib.

Tacxeber.com

Oxşar xəbərlər