Tramp Maskın istefasını TƏSDİQLƏDİ – “Bu, onun son günü olacaq”

Mayın 30-u milyarder İlon Maskın ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsində son günü olacaq.
Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Society” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Sabah (cümə günü) saat 13:30-da Oval kabinetdə İlon Maskla mətbuat konfransı keçirəcəyəm.
Bu, onun son günü olacaq (bir sahibkar kimi DOGE-nin rəhbəri postunda)… Sabah Ağ Evdə görüşənədək”, – ABŞ lideri yazıb.
Bundan əvvəl ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirmişdi ki, Mask ABŞ Prezidenti Donald Tramp administrasiyasını tərk etdikdən sonra dövlət başçısının yaxın çevrəsində qalacaq.
Latnik Mask və prezidentin “böyük dost” olduğunu vurğulayıb. Nazir əlavə edib ki, iş adamı ABŞ Prezidentinə çox yaxındır.