Trampdan Netanyahuya İranla bağlı ŞOK XƏBƏRDARLIQ

İddialara görə, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahuya xəbərdarlıq edib. O, Birləşmiş Ştatlar ordusuna İranla bağlı İsraillə hərbi koordinasiyanı dayandırmaq əmri verib.
Tacxeber.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.
Bildirilib ki, Tramp bu yaxınlarda İranın nüvə obyektlərinə təktərəfli hücum etməməsi ilə bağlı Netanyahuya telefonla açıq şəkildə xəbərdarlıq edib.
Tramp bəyan edib ki, İranın nüvə obyektlərinə hücum vaxtı uyğun bir zamanlama deyil və belə bir hücum İsrailin də təhlükəsizlik maraqlarına da xidmət edən, İranla güclü nüvə razılaşması əldə etmək şansına zərər verə bilər.