Ailəsinə yadplanetlilərlə səyahətə gedəcəyini deyərək yoxa çıxan adam: Həyətindən UFO tapıldı


1980-ci il noyabrın 29-na keçən gecə Kanadanın Dunkan şəhərində qəribə hadisə baş verib. Qrencer Taylor adlı şəxs ailəsinə məktub yazaraq yadplanetlilərlə əlaqə saxladığını bildirib. Onlara qoşulacağını bildirdiyi məktubdan sonra ondan bir daha xəbər alınmayıb. Təkcə yük maşını, bəzi sümük parçaları və çoxlu suallar qalıb. Bütün bu parçalar hələ də aydın mənzərə yaratmır.
Tacxeber.com mövzu ilə bağlı maraqlı yazı təqdim edir.
Qrencer Taylor erkən yaşda məktəbi tərk edərək, özünün mənimsədiyi mexaniki bilikləri ilə şəhərdə hörmətli bir ad olmuşdu.
O, təkbaşına qatarlardan tutmuş təyyarələrə qədər bir çox köhnə maşınları təmir edib, hətta İkinci Dünya Müharibəsi təyyarəsini bərpa edib. Lakin onun diqqətini həqiqətən cəlb edən, evinin arxasında iki peyk antenası ilə qurduğu nəhəng UFO modeli idi.
Ulduzlara marağı 1977-ci ildə izlədiyi “Ulduz Döyüşləri” filmi ilə başlayıb və zaman keçdikcə yadplanetlilərlə ünsiyyət qurduğunu iddia etməyə başlayıb. Ailəsinə yazdığı məktubda yuxularında aldığı mesajlarla 42 ay davam edəcək qalaktik səyahətə çıxacağını bildirmişdi.
İtkin düşən gecə də onun qədər maraqlıdır
Elə həmin gecə böyük bir fırtına qopub və Qrencerin dediyi sitat gətirilir: “Əcnəbilər pis havada gəlirlər, çünki onlar daha az diqqət çəkirlər”. Həmin gecədən sonra Qrencer yoxa çıxıb. 1986-cı ildə meşə işçiləri xarab olmuş bir yük maşını və ətrafa dağılmış sümüklər tapıblar.
Araşdırmalarda yük maşınının Qrencer Taylora, sümüklərin isə böyük ehtimalla yetkin bir kişiyə aid olduğu açıqlanıb. Anası hadisə yerindən tapılan köynəyin onun tikdiyi parça olduğunu təsdiqləyib. Lakin partlayış səbəbindən dəqiq yarılma aparıla bilməyib və hadisənin qəza və ya intihar olub-olmadığını müəyyən etmək mümkün olmayıb.