Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək: “Qarabağ” “Sabah”a qarşı

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçiriləcək.
Final matçındada “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcəklər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
Xatırladaq ki, “Qarabağ” tarixində 8 dəfə Azərbaycan kubokunu qazanıb. “Sabah” isə indiyədək bu titula sahib çıxa bilməyib.
Azərbaycan kuboku
FİNAL
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu