• 01 İyun 2025 23:21

Ermənistan və Gürcüstan Çinə vizasız gedir-gəlir, Azərbaycan hökuməti isə camaatı dolayır.

 Ermənistan və Gürcüstan Çinə vizasız gedir-gəlir, Azərbaycan hökuməti isə camaatı dolayır.
Paylaş

Deməli, Ermənistan və Gürcüstan Çinə vizasız gedir-gəlir, Azərbaycan hökuməti isə camaatı dolayır ki, memorandum belə gəldi, elə getdi.

Söhbət ondadır ki, Çin çoxdan Azərbaycan vətəndaşı üçün vizanı götürməyə hazırdır, amma eyni zamanda Azərbaycanın da Çin vətəndaşları üçün vizanı götürməsini istəyir. Əliyevin ölkəni qapat siyasəti isə bunu nəzərdə tutmur.

Məsələn, ABŞ-a da Azərbaycan vətəndaşı viza alanda bir illik verilir, Türkiyə, Gürcüstan və Ermənistan vətəndaşları isə 5 illik, 10 illik alırlar. Bunun da səbəbi Azərbaycan hökumətinin eyni qaydanı ABŞ vətəndaşlarına tətbiq etmək istəməməsidir.

 

Məsələn, Türkiyə də Azərbaycan vətəndaşları üçün vizanı uzun müddət idi ki, götürmüşdü, Azərbaycan hökuməti isə ancaq müharibədə işi düşəndə, çarəsiz qalanda Türkiyə vətəndaşları üçün dişi sıxıla-sıxıla eyni addımı atdı.

Avropa Birliyi ilə də eyni vəziyyətdir. Gürcüstan vizasız gedir-gəlir. Ermənistan artıq vizanı götürmək danışıqları aparır, əhalisi üç dəfə bizdən az olan Ermənistan vətəndaşları daha çox Şengen vizası alır və sairə.

 

Gürcüstan və Ermənistanın öz aralarında da vəziyyət sürətlə daha çox açılıma doğru gedir. Keçən il Gürcüstana gedən ermənilərin sayı ora gedən azərbaycanlıların sayından üç dəfə çox olub. Pasportsuz, şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək məsələsi var. Bizdə isə hökumət yalandan dedi ki, mayda Gürcüstana qatar açılacaq, açılmadı.  Camaatı rahat minə bilmək üçün onu kor saxlamaq, beynini yalan-palanla doldurmaq lazımdır.

Sizə bir pis xəbərim də var. İyunun axırından Rusiyaya getmək üçün Rusiyanın dövlət portalında hesab açmalı, 72 saat əvvəldən müraciət edib, icazə istəməlisiniz. Yəni, elə viza kimi bir şey.

 

Altay Göyüşov

Tacxeber.com

Oxşar xəbərlər