“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır


Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb.
Tacxeber.com xəbər verir ki, bütün dünyada satılan şirniyyat markası “Haribo”nun Hollandiyada satılan bəzi məhsullarında narkotik maddə aşkarlanıb. Onları yeyənlər özlərini pis hiss edib və ekspertiza şirniyyatın tərkibində marixuana olduğunu üzə çıxaranda ölkədəki bütün məhsullar geri çağırılıb.
Hollandiya Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) bildirib ki, ailəliklə 1 kiloqram “Haribo Happy Cola F!ZZ” konfetləri istehlak edən insanlar özlərini pis hiss ediblər.
Müayinələrdə şirniyyatlardan götürülmüş nümunələrdə narkotik maddələrin olduğu təsdiqlənib. NVWA-nın sözçüsü, bu günə qədər üç paketdə narkotik tapıldığını açıqlayıbb, “Haribo” bütün məhsullarını geri çağırdı.
Sözügedən paketlərin son istifadə tarixi 2026-cı ilin yanvar ayı olaraq göstərilib. İndiyə qədər nə qədər insanın təsirləndiyi bəlli deyil.
Şirkətdən isə “Biz məsələyə ciddi yanaşırıq və bunun necə baş verdiyini araşdırırıq”-deyə rəsmi açıqlama gəlib.