Naxçıvanda nə baş verir?- “Fuad Nəcəfli digərləri kimi…”

Məlum olduğu kimi, təxminən 10 gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini postunu tutan Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin olundu.
Qeyd edək ki, bununla bağlı Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncam kimlərinsə xoşuna gəlməyib, kimlər üçünsə qəfil xarakterli olub və elə bu səbəbdən də müəyyən etirazlar müşahidə olunmaqdadır. Həm də gizli kuluarlarda…
Bu barədə “DİA-AZ”a özəl mənbədən informasiya daxil olub.Xatırladaq ki, indiyə qədər sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, hazırda yerli kənd təsərrüfatı nazirinin müavini olaraq işinə davam edir. Amma mənbə iddia edir ki, Xəyalə xanım son təyinatdan məmnun deyil və bununla bağlı himayəsinə sığındığı çevrələri də məlumatlandırıb: