Rüfət Səfərovun həbs müddəti uzadıldı

Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Oxu.Az-ın məlumata görə, prosesdə vəsatət təmin edilib və R.Səfərovun həbs müddəti iyunun 23-dək uzadılıb.
Xatırladaq ki, Rüfət Səfərov dekabrın 3-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.