Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Füzuli Hüseynov bu barədə Oxu.Az-a açıqlaması zamanı teatr rəhbərliyinin qərarından xəbərsiz olduğunu deyib:
“Müdiriyyət necə məsləhət bilirsə, elə də edir. Burada nə var ki? İşə gedim, yəqin, bildirərlər. İşçiyə töhmət verərlər də”.
F.Hüseynov, həmçinin aktyor Əli Nurla aralarında yaşandığı deyilən dava və onun hüquq-mühafizə orqanlarına müraciəti məsələsinə də münasibət bildirib:
“Mən belə bir aktyor tanımıram. Hara istəyir, ora şikayət etsin. Mənim üçün həmin adam maraqlı deyil”.