• 02 İyun 2025 00:55

Tramp Zelenskini dalana dirəyir: Ya iyunun 2-də danışıqlarda iştirak etməlisən, ya da…

 Tramp Zelenskini dalana dirəyir: Ya iyunun 2-də danışıqlarda iştirak etməlisən, ya da…
Paylaş

ABŞ iyunun 2-də İstanbulda Rusiya ilə danışıqlarda iştirak etmək üçün Ukraynaya təzyiq edə bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Məqalədə qeyd olunub ki, Kiyev münaqişənin nizamlanması şərtlərinin razılaşdırılması ilə bağlı yaranmış vəziyyətə görə diplomatik cəhətdən uğursuzluğa düçar olub. Ukrayna indi ABŞ-ın hərbi və kəşfiyyat yardımından asılıdır və bu faktdan Kiyevə təzyiq göstərmək üçün istifadə edilə bilər.

 

Bildirilib ki, rəsmi Moskva hərbi əməliyyatların nizamlanmasına dair hazırlanmış memorandum təqdim etməsə belə, Vaşinqton İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin iştirakında israr edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər