Ukrayna Rusiyanın 5 aerodromunun vurulması ilə nəticələnən unikal əməliyyata ilyarım vaxt sərf edib.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın 40 strateji aviasiya təyyarəsini məhv etdiyi xüsusi əməliyyata il yarımdan çox müddətə hazırlanıb.
Bildirilib ki, əməliyyatın gedişinə şəxsən Prezident Volodimir Zelenski nəzarət edib, planı isə UTX-nin rəhbəri Vasil Malyuk və Xidmətin əməkdaşları həyata keçirib.
Belə ki, əvvəlcə PUA-lar mobil taxta konteynerlər vasitəsilə Rusiyaya gətirilib və lazımi anda konteynerlərin qapaqları uzaq məsafədən idarə olunmaqla açılıb, PUA-lar havaya buraxılıb.
Nəşr həmçinin dronların Rusiya hərbi aerodromlarına hücuma necə hazırlandığını göstərən unikal fotoşəkillər dərc edib.
Qeyd edək ki, Ukrayna ordusu 1 gün ərzində Rusiyanın 5 aerodromunu vurub. (Azadlıq Qəzeti)