Antalya və Azərbaycan – Natiq Cəfərli

Azərbaycan 2024-cü ildə xaricə 686 milyon 254 min dollarlıq meyvə-tərəvəz ixrac edib.
Antalyadan 2024-cü ildə meyvə-tərəvəz ixracının həcmi 891 milyon 564 min dollar olub.
2024-cü ildə Azərbaycanın turizm gəlirləri 1,6 mlrd. dollar olub.
Həmin 2024-cü ildə Antalyanı 17,3 mln. turist ziyarət edib, bölgənin turizm gəlirləri 17 mlrd. dollar olub.
Anyalya vilayətinin ərazisi 20.177 km², əhalisi isə 2,8 mln. nəfərdir.
Azərbaycanın əhalisi 10,1 mln., ərazimiz isə 86,6 min km²-dir.
Təbii ki, hər bir müqaisə qüsurludur, Altalya tarixinə, təbiətinə, dənizinə görə turizm mərkəzlərindən biridir, amma, cəmi 40 il bundan qabaq həmin təbiət də var idi, həmin dəniz də, həmin tarixi yerlər də – sadəcə, turist yox idi. Deməli, tarixi yerlər, təbiət, dəniz azdır, əsas olan idarəetmə sistemi və biznes mühitidir.
Bizim ərazimiz Antalyadan 4 dəfə böyükdür, amma, meyvə-tərəvəz ixracı Antalyada Azərbaycandan 2024-cü ildə 215 mln. dollar daha çox olub, amma Antalya həm də 87 mln.-luq Türkiyə bazarına da mal satır, bunu unutmayaq.
Yaxşı, niyə bizim nəticələr belə bərbaddır – çox sadə, idarəetmə sistemi yaxşı çalışmır, ədalətli və rəqabətli mühit yoxdur, kiçik-orta sahibkarlar boğulur.
Hə, onu da deyim ki, Antalya meyvə-tərəvəz ixracatında 85-90%, turizmdə 75-80%-ə yaxın pay kiçik-orta sahibkarlara məxsusdur. Bizdə, Azərbaycanda isə 2024-cü ildə ixracın tən yarısını Dövlət sektoru edib. Belə…