CNN: Dünyanın liderləri artıq Trampdan qorxmurlar

ABŞ prezidenti Donald Tramp özünün şəxsi “hər şeyi bacaran” gücünə tam əmin idi və dünyanın nizamını dəyişə biləcəyinə inanırdı. O, Vladimir Putin və Si Cinpin ilə “çox yaxşı münasibətləri” olduğunu iddia edərək, bu münasibətlərin geosiyasi və iqtisadi böhranları sehrli şəkildə həll edəcəyini düşünürdü.
Tacxeber.com xəbər verir ki, bu barədə CNN yazır.
Məlumatda qeyd edilir ki, görünür, Tramöın bu planları o qədər də uğurlu alınmayıb, çünki dünya liderləri artıq ondan qorxmurlar.
“Tramp texnologiya nəhənglərini qorxudaraq onları öz xəttində saxlamaq, Harvard Universiteti və hakimlər kimi qurumları dövlət hakimiyyətindən istifadə edərək təzyiq altına almaq istəyirdi. Lakin bəlli oldu ki, bəzi dünya liderlərini qorxutmaq daha çətindir”, – deyə CNN qeyd edir.
Putin Trampın Ukrayna siyasətini rədd edir
Rusiya lideri Vladimir Putin ABŞ-ın Ukraynada müharibəni dayandırmaq cəhdlərini praktiki olaraq görməzliyə vurur və bu, Trampı qane etmir. Rusiya mediası Trampı artıq sadəcə çox danışan, amma nəticə əldə etməyən biri kimi təqdim edir.
Tramp və Çin: Ticarət müharibəsində məğlubiyyət
Tramp Çin lideri Si Cinpini ticarət müharibəsində məğlub edəcəyini düşünürdü. Lakin avtoritar Pekin ABŞ prezidentinə boyun əymək niyyətində deyil. Eyni ilə Avropa İttifaqı ilə tarif müharibəsində də Tramp geri addım atmalı oldu. İsrailin baş naziri Binyamin Netanyahu ilə Qəzza münaqişəsi məsələsində də razılaşma əldə edə bilmədi.