• 04 İyun 2025 19:05

İmişli Ağsaqqallar Şurasının keçmiş sədrini DTX həbs edib.

 İmişli Ağsaqqallar Şurasının keçmiş sədrini DTX həbs edib.
Paylaş

DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib

Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb.

Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib. O, AR Cinayət Məcəlləsinin 179-cu (“Mülkiyyət hüquqlarının pozulması“) maddəsi ilə ittiham olunur.

Onu təxminən 1 ildən 3 ilədək həbs cəzası gözləyir.

 

Mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.

Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.  (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər