İşlədiyi müddətdə 80 qadını qətlə yetirən rus polis nəfəri 20 il sonra həbs edildi.

Mixail Popkov adlı rus polisi polisdə işlədiyi müddətdə 80 qadını qətlə yetirib.
Qatil polis gecə işdən evə gedərkən dayanacaqda bəyəndiyi qadını gördüyü zaman və ondan hara getdiyini soruşur. Qadın ona ünvan deyir.
Polis nəfəri: mən də ora gedirəm gəlin sizi aparım mən polisəm” cavab verir .
Beş dayanacaqdan sonra getdikləri yolun kənarı meşədən keçir və o, orada dayanaraq polis qadına təcavüz edir. Qadın ondan qaçmaq üçün maşından düşür. Balta ilə silahlanmış polis əməkdaşı qadına hücum edərək onu orada öldürür və onun cansız bədəni ilə cinsi əlaqədə olur.
O, təkrar-təkrar eyni cinayəti törədib və Rusiyada DNT analizi bahalı olduğundan polislər bunu ciddi qəbul etmir və həmin ərazinin adına ləkə gəlməsin deyə Moskvada yerləşən baş polis idarəsindən gizlədirlər. Beləliklə Mixail Popkov qadınları öldürməyə davam edir.
Beş il sonra Amerika Polis Akademiyasını bitirmiş gənc rus polisi polis idarəsinə işə qəbul edilir. O, ərazidə müstəntiq işləyir və qadınları kimin öldürdüyünü ciddi şəkildə araşdırır. O, polis bölməsinə bütün qadınların meşənin bir sahəsində öldürüldüyünü və onları həmin ərazidə pusquya salacağını bildirir. Bunu qatil polis də eşidir. O, hadisə yerini dəyişərək növbəti “qurban” qadını başqa ərazidə meşədə öldürür. Lakin xoşbəxtlikdən bu qadın sağ qalır.
Qadın üç ay sonra oyanır . Amma o, yaddaşı silindiyindən qatilin kim olduğunu deyə bilmir və heç nə xatırlamır. 2007-ci ildə qatil polis növbəti bir qadını öldürür. Artıq bu silsilə cinayətləri araşdırma zamanı cinayət yerindən götürülmüş bir çox analizlə Moskvaya göndərilir. Lakin Moskvaya göndərilən analizlərin cavabından sonra da qatilin kim olduğunu öyrənmək mümkün olmur. Çünki qatil polis cinayəti törədən zaman əlcəkdən istifadə etmişdi və heç bir iz qoymamışdı. Hətta cinsi əlaqə zamanı prezervativdən istifadə edib.
Beləliklə Rusiya Dövlət Təhlükəsizlik Xidməti bu işə qarışır, amma ərazidəki polislərə bu haqda məlumat verilmir. Ərazidəki bütün kameralar izlənildikdən sonra “Niva” markalı avtomobil şuphəli bilinir. Bu arada qatil daha bir qadını öldürür. Dövlət Təhlükəsizliyi Xidməti polislə birgə qadının üzərindən götürdükləri analizlər araşdırılır və bundan sonra “Niva” markalı avtomobilin saxlanılıması haqda qərar qəbul edilir. Buna digərolislər təcubblənir, çünki bu “Niva”nı idarə edən polis nəfəridir. Saxlanılan qatil-polisdən DNT analizi onun cinayəti törətdiyinin 97 faiz təsdiq edir.
Saxlanılan qatil-polis Mixail Popkov dostunu və bir neçə yeniyetmə qızı öldürərək meşədə basdırdığını etiraf edir. Bu qızların yoxa çıxması səbəbindən ümum Rusiya axtarına verilmişdilər.
Məhkəmədə Mixail Popkov törətdiyi əməldən peşman olmadığını bildirir və məhkəmə onu ömürlük həbsə məhkum edir. Lakin bunu eşidən insanlar bunula razı olmur onlar Rusiya polisini məhkəməsini məsuliyyətsiz adlandırır . Onlar polis-qatilə ölüm cəzası verilməsini istəyiblər.