Ramilə Seyidova 108 min manatlıq maşın aldırır

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəqliyyat vasitəsinin satın alınması ilə bağlı tender keçirib. Tenderin qalibi “YENİMOTOR” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Satınalma müqaviləsinin ümumi dəyəri 108.500 manat təşkil edir.