Rusiya ordusu Zaporojyeni dronlarla vurdu

Bu gün səhər Rusiya silahlı qüvvələri Ukraynanın Zaporojye vilayətini ən azı yeddi “Şahed dronu ilə hücuma məruz qoyub.
Tacxeber.com xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
“Zaporojyedə kritik infrastruktur obyektinə hücum ediblər. Nəticədə inzibati bina qismən dağılıb və ərazidə yanğın baş verib”, – deyə Fedorov bildirib.