Stüardessalar niyə qırmızı dodaq boyası sürtürlər? – SƏBƏB

Keçmiş stüardessa sərnişinlərin həyatını qurtara biləcək qırmızı dodaq boyası sirrini izah etdi. 20 illik iş təcrübəsinə malik keçmiş stüardessa Hizer Pul internet istifadəçilərinin diqqətini stüardessaların parlaq qırmızı dodaq boyası sürtmək ənənəsinə dair gözlənilməz açıqlaması ilə cəlb edib.
Bu haqda Tacxeber.com məlumat verir:
Onun sözlərinə görə, borta bələdçilərinin zahiri görünüşündəki bu detal yalnız estetik deyil, həm də praktik əhəmiyyət daşıyır – bu, bortdakı təhlükəsizlik məsələləri ilə əlaqədardır. “Cruising Attitude” adlı xatirə kitabında Hizer Pul qeyd edir ki, stüardessaların qırmızı dodaq boyası sadəcə geyim kodeksinin bir hissəsi deyil, həm də fövqəladə vəziyyətdə faydalı ola biləcək vacib alətdir. O bildirib ki, təyyarədə panika və səs-küy şəraitində sərnişinlər bəzən ekipajın təlimatlarını eşidə bilmirlər.