Eldar Mahmudov niyə şəxsiyyət vəsiqəsini yeniləyə bilmir?

Adı ağır cinayətlərdə hallanan şəxslə bağlı cinayət işi niyə olmasın?
“Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləyə bilməməsi və ya məhdudiyyətlə üzləşməsi ilə bağlı hər hansı məlumat yoxdur”.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə vəkili Cavid Rzazadə məlumat verib.
“Əgər belə məsələ olsaydı, ailə vəkili kimi mənim xəbərim olardı. Hazırda bu barədə heç bir məlumat yoxdur. Bundan əlavə, Eldar Mahmudovun ölkədən çıxışına qadağa qoyulması iddiaları da doğru deyil.
Belə bir qadağa yalnız şəxs barəsində cinayət təqibi başladıldığı halda tətbiq oluna bilər. Hazırda Eldar Mahmudovla bağlı hər hansı cinayət təqibi aparılmır”, – vəkil bildirib.
QEYD
Eldar Mahmudovun uzun illər ərzində rəhbərlik etdiyi qurumda yüksək vəzifəli şəxslər ağır cinayətlərdə ittiham edilərək həbs edilsələr də,nazir məsuliyyətə cəlb edilmədi.
Bununla da Azərbaycanda qanunların ən yuxarı instansiyanın istəyinə uyğun tətbiqi kimi qanunsuzluq praktikasının mövcud olduğu bir daha üzə çıxdı.
Müxalifətciləri saxta ittihamlarla həbs edən hakimiyyət əməkdaşları saysız cinayətlər törətmiş strukturun rəhbərini cinayət məsuliyyətinə cəlb etməməklə əslində cinayət törətdi.
Qeyd etmək lazımdır ki,İspaniyada Eldar Mahmudovun övladlarına qarşı is qaldırılıb.
Onlar İspaniyada qanunsuz yollarla çoxlu sayda əmlak almaqda təqsirləndirilir.
Buna gorə də Eldar Mahmudovun övladları həbs qorxusundan İspaniyada olan çoxsaylı obyektlətinə baş çəkməyə belə gedə bilmirlər. (Azadlıq Qəzeti)