• 04 İyun 2025 10:33

İstanbulda Rusiya-Ukrayna danışıqları BAŞA ÇATDI

 İstanbulda Rusiya-Ukrayna danışıqları BAŞA ÇATDI
Paylaş

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda bir saata yaxın davam edən danışıqlar başa çatıb.

Tacxeber.com bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, nümayəndə heyətləri bu gün Çırağan sarayında görüşüb. Görüş saat 14:50-də başlayıb.

 

Bağlı qapı arxasında baş tutan danışıqların təfərrüatı hələlik tam açıqlanmayıb.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxil idi.

Tacxeber.com

Oxşar xəbərlər