Qazaxıstandan Rusiyaya böyük zərbə – ABŞ

“Qazaxıstan özünün ilk atom elektrik stansiyasının tikintisini Rusiyanın “Rosatom” şirkətinin əvəzinə Çin Milli Nüvə Korporasiyasına (CNNC) həvalə etməklə strateji seçim etdi. Bu qərar Astananın xarici siyasət əlaqələrini şaxələndirmək, Rusiyadan asılılığı azaltmaq və ikinci dərəcəli sanksiyalardan qaçmaq istəyini əks etdirir”.