Rusiyada məhv edilmiş təyyarələrin peyk görüntüləri yayılıb

Ukrayna dronlarının hücumundan sonra Rusiyanın İrkutsk vilayətində yerləşən “Belaya” aviabazasının ilk peyk görüntüləri internetdə yayılıb.
Tacxeber.com “UNİAN”a istinadla xəbər verir ki, peyk görüntüsünü OSINT analitiki Kris Biggers “X” sosial şəbəkəsində paylaşıb.
Şəkillər aviabazada ciddi dağıntılar olduğunu göstərir və Tu-95MS və Tu-22M3 tipli bombardmançı təyyarələrin vurulduğunu təsdiqləyir.
Şəkillərə əsasən, hücum nəticəsində ehtimal ki, 4 ədəd Tu-22M3, 3 ədəd Tu-95MS məhv edilib, daha bir Tu-95MS isə zədələnib.
“Əla planlaşdırılmış əməliyyatın möhtəşəm uğuru”, – deyə analitik görüntünü şərh edib.