• 04 İyun 2025 07:33

“Zeytun” apteklərinə dərmanı baha satdığına görə protokol tərtib edildi

 “Zeytun” apteklərinə dərmanı baha satdığına görə protokol tərtib edildi
Paylaş

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan “Zeytun Pharmaceuticals” MMC haqqında inzibati xəta protokolu tərtib edib.

Bu barədə Agentlikdən məlumat verilib.

Şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.

Tacxeber.com

Oxşar xəbərlər