• 05 İyun 2025 16:47

Əsas məqsəd — ölkə rəhbərliyini çaşdırıb pul ayrılmasına nail olmaq idi.

 Əsas məqsəd — ölkə rəhbərliyini çaşdırıb pul ayrılmasına nail olmaq idi.
Paylaş

2012-ci ildə, qala divarındakı bir qüllədə yerləşən restoranın sahəsini genişləndirmək məqsədilə… tarixi tikilini tamamilə sökmək qərarı verildi. Bəli, hörmətli oxucu, sökmək və sonra təzədən tikib radiusunu və sahəsini artırmaq — daha çox Asiyadan gələn və «daşlara həkk olunmuş tarix salnaməsi»ni görməyə can atan sadəlövh turistləri qəbul etmək üçün.

 

Amma yazımın mövzusu bu deyil…

İlk dəfə idi ki, qala divarının «kəsiyini» görmək imkanı yarandı: nədən ibarətdir və necə tikilib. Görünür ki, həmin hissədə divarın eni təqribən 3 metrdir. Hər iki tərəfdə 80–90 sm daş hörgü, ortasında isə – müasir dillə desək – yüz illik palçıq və tikinti tullantısı.

Şəkillərdən də görünür ki, divarın hər yeri nəmdir – bu, hətta bir neçə il əvvəl «bərpa olunmuş» sahələrdə belə açıq-aydın görünür.

Hər bir mütəxəssis üçün aydındır ki, bu tarixi abidənin artıq əsaslı təmirə ehtiyacı var. Bu, o deməkdir ki, divarın ayrı-ayrı seqmentləri nömrələnərək sökülməli, fundament möhkəmləndirilməli, yeraltı sular üçün drenaj və hidroizolyasiya aparılmalı və sonra divar yenidən tikilməlidir. Bu uzun, yorucu və texniki cəhətdən çətin, bilik və səbr tələb edən bir işdir. Son illərdə bu haqda bir neçə dəfə yazmışam.

 

Amma… bu işdə maraqlı olan məmurlar hər şeyi öz bildikləri kimi etmək qərarına gəliblər. Yaxın günlərdə divarın yeni bir hissəsində «bərpa» işlərinə başlanılıb. Bir neçə milyon avro sırf xarici parıltıya xərclənəcək — içərisinin çürüyüb getməsi və bir neçə ildən sonra hər şeyin yenidən əvvəlki halına dönməsi isə heç kimin vecinə deyil. Əsas məqsəd — ölkə rəhbərliyini çaşdırıb pul ayrılmasına nail olmaq. Və əlbəttə, həmin vəsaiti «geniş miqyasda» xərcləmək: əslində isə daşın metal fırça ilə təmizlənməsi və guya «gizli» qarışıqlardan (rastvor) istifadə edilməsi üçün ayrılan büdcənin cəmi bir neçə faizi kifayət edəcək.

Optimistlər üçün də bir müjdə var: şəhərimizə yeni lyuks idman avtomobilləri təyyarə ilə gətiriləcək. Onlar şəhərin mərkəzi küçələrində mühərriklərini guruldadaraq qədim abidənin son fəryadını – «İçəri-Şəhər» kooperativinin iştirakçılarının bacarığı və yaradıcılığı haqqında simvolik bir səsi – təkrarlayacaqlar.

 

SONY DSC

SONY DSC

Memar – Elçin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər