11 dəqiqə ərzində cənnət və cəhənnəmi ZİYARƏT ETDİ

ABŞ-nin Kanzas ştatında yaşayan 68 yaşlı Şarlotta Holms keçirdiyi mistik təcrübə barədə danışıb. Onun sözlərinə görə, bu təcrübə ürəyi dayandığı zaman baş verib.
Tacxeber.com xəbər verir ki, qadın bu barədə “Daily Mirror”a danışıb.
Məlumata əsasən, 68 yaşlı qadın 11 dəqiqə müddətində kliniki ölüm vəziyyətində olub. O həmin bu zaman kəsiyində cənnət və cəhənnəmi ziyarət etdiyini iddia edir.
Holmsun sözlərinə görə, o, baş verənləri kənardan müşahidə edib, hətta öz bədənini də görüb. Şatlotta cənnəti valehedici musiqi, çiçək qoxuları və mənzərəli gözəlliklərlə dolu bir yer kimi təsvir edib. Onu orada mələklər müşayiət edib və ətrafdakı insanlar arasında o, dünyasını dəyişmiş qohumlarını, müqəddəsləri və hətta Tanrını – parlaq işıq şəklində gördüyünü iddia edib.