• 05 İyun 2025 17:21

20 illik sədrlik postu xəstəliyindən xilas olmalı, bütün siyasi təşkilatlar buraxılmalıdırlar – Mete Türksoy

 20 illik sədrlik postu xəstəliyindən xilas olmalı, bütün siyasi təşkilatlar buraxılmalıdırlar – Mete Türksoy
Paylaş

Elgün məsələsində cəmiyyət toplu şəkildə etiraz səsini yüksəltdi, hətta bir qrup gənclər, heç bir siyasi təşkilata, ictimai-siyasi sektora bağlılığı olmayan yeniyetmələr özləri təşkilatlanaraq etiraz aksiyasına qalxdılar. Hətta həbs təhlükəsini də, valideyn təzyiqini də, məktəbdən, universitetdən qovulmaq riskini də göz önünə alaraq və illərdir ” a bala başını aşağı sal” öyüdləri ilə yetişdirilsələr də.

İkinci hal #Azercell-in ağılalmaz qərarına qarşı kütləvi etiraz və sosial media üzərindən boykot kampaniyasının başladılması və çağırışı oldu.

 

Bu iki hal bir daha bizə göstərir ki, hər zaman dediyim kimi, bütün siyasi təşkilatlar buraxılmalı, xalq özözüylə baş-başa qalmalı və bütün bu imitasiyalardan, 20 illik sədrlik postu xəstəliyindən xilas olaraq xalq reallıqla üzüzə gələrək ictimai təşkilatın və təşkilatlanmanın önəmini əxz edərək özü lazım gələrsə yeni birini qurmalı yaratmalıdır.

Bu elə mediaya da aiddir, Azərbaycan xalqı media üçün ianə etmirsə, bütün medialar özünü buraxmalıdır. Baxın, bu qədər jurnalist həbsdədir heç bir qram insanlarda dəyişiklik varmı? Elgün məsələsində həmrəy olan ən qeyri-siyasisindən, cavanından, qocasından tut, nəsə paylaşan, danışan milyonlarla insan görün, hansısa jurnalistin həbsinə, zorakılığa məruz qalmasına bir damcı belə diqqət edirmi?

Qısaca, sosialistlərin dərk etmədiyi iqtisadiyyat elminin ən təməl qanunu var: tələb-təklif əyrisi. Əgər sosial sifariş yoxdursa, sədrlik postu hesabına maddi qazanc əldə edib, yaxud mənəvi açıdan da eqoistik orqazm olacaqsan deyə partiya, təşkilat qurmaq, saxlamaq boş şeydir. Bir də uşaqlığımdan bu yana kreslosu ilə arxası simbiozlaşan indiki müxalifət partiya sədrlərinin heç birinin mənəvi haqqı yoxdur hakimiyyəti qınamağa.

 

 

Mete Türksoy

Tacxeber.com

Oxşar xəbərlər