• 05 İyun 2025 08:14

“Azercell” internet paketlərinin QİYMƏTİNİ qaldırdı

 “Azercell” internet paketlərinin QİYMƏTİNİ qaldırdı
Paylaş

“Azercell Telekom” MMC 1 iyul tarixindən etibarən internet paketlərinin qiymətini qaldırılıb.

“Azercell”in  aylıq internet paketlərində “Pulsuz WhatsApp” kampaniyası ləğv edilir. “1.5 GB aylıq”, “6 saatlıq” və “Həftəsonu” internet paketlərinə yeni qoşulmalar isə dayandırılır.

 

İnternet paketlərində dəyişikliklər aşağıdakı kimidir:

Belə ki, “Azercell” aylıq internet paketləri üzrə qiymətləri eyni saxlayıb, ancaq istifadə müddətini azaldıb. Daha öncə aylıq internet paketi 30 gün müddətini əhatə edirdisə, indi bu müddət azaldılaraq 28 günə endirilib.

Aylıq 55 GB paketi 56 GB-a artırılaraq qiyməti 39 AZN olaraq müəyyən edilib.

Saatlıq internet Paketlərinin də qiyməti artırılıb. Belə ki, 1 saat üçün 0.59 AZN tələb olunurdusa, dəyişiklikdən sonra ödənilən məbləğ 0.99 AZN-dir.

3 saat üçün isə 1.99 AZN-dir. Bu tarif üçün qiymət 1.49 AZN idi.

Günlük İnternet Paketlərində dəyişiklik isə aşağıdakı kimidir:

“Azercell”in 250 MB paketi 350 MB-a artırılaraq qiyməti 0.99 AZN, 1000 MB paketi 1.5 GB-a artırılaraq qiyməti 1.99 AZN müəyyən edilib. Əvvəl bu tariflər 250 MB üçün 0.80 AZN, 1000 mb üçün isə 1.50 AZN müəyyən edilmişdi. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər