“”Azercell”in alternativi nədir? “Bakcell”, “Nar”? Üçü də eyni adamındır” Altay Göyüşov

Azərcelli o vaxt boykot etmək olar ki, alternativ olsun. Alternativiniz nədir? Bakcell, Nar? Üçü də eyni adamındır. Heç əziyyət çəkməyin, sizə heç bir şeydə seçim imkanı verməyiblər. Verə də bilməzlər.
Heç telefonlarınız da özünüzün deyil. Gətirən kimi imei nömrəsini alırlar, hər şeyiniz olur həm də onların. Niyə fransız hökuməti başqa yerdən alıb, burada işlətdiyim telefonun nə məndən imei-ni alır, nə də rüsum istəyir? Bax, fərq də məhz bundadır.
Çünki buradakı hökumət camaata barmaq etsə hakimiyyətdə qala bilməz, bizdəki isə etməsə qala bilməz.