Bu şəxslərə qurban payı əvəzinə pul verin – İlahiyyatçı

Qurban bayramına sayılı günlər qalıb. İnsanlar bayram bazarlığına çıxır, qurbanlıq qoyun alırlar.
Bəs bayramda hər kəs qurban kəsməlidir? Qurbanlıq ala bilməyənlər bunun əvəzində nə edə bilərlər?
İlahiyyatçı Elşad Miri Lent.az-a bildirib ki, biz zənn edirik ki, bu günlərdə, yəni Zilhiccə ayında qurban kəsmək lazımdır:
“Bizdə bayramda mütləq qurban kəsilir. Xüsusən ucuz olduğu üçün də çox vaxt qurbanlıq qoyun-quzu olur. Həmin ətlərdən hətta şəkər, təzyiq xəstəliyi olan insanlara da verilir. Bu doğru yanaşma deyil. Bu cür qurban kəsmək yerinə, nəzərdə tutulan vəsaiti kasıb və ehtiyac sahiblərinə xərclənilsə, gənclərin təhsil haqqına köməklik edilsə daha doğru olar”.
E.Miri həcc ziyarətlərinin görünməyən tərəflərinə də toxunub:
“Bu gün müsəlmanların getdikləri həcc ziyarəti Allahın istədiyi həcc deyil. İndi oraya yığışan insanlar kəbənin ətrafında təvaf edirlər, Məqami İbrahim deyilən yerdə namaz qılırlar, Zəm-zəm suyu içirlər, Səfa və Mərvə təpələri arasında qaçırlar, Minada gecələyirlər, Ərafat dağına gedirlər, Muzdəlfədə gecələyib, daş yığıb güya “şeytan daşlayırlar”, sonda bir dəfə də təvaf edib, həcc ziyarətini sonlandırırlar. Bu İslam dininin bildirdiyi həcc deyil.