Konqresin Putinə qarşı səbri tükənir

Son bəyanatlara diqqət yetirsək görərik ki, Konqresdə Rusiyaya qarşı qəzəb dərəcəsi pik həddə çatmaqdadır.
Nümayəndələr Palatasının spikeri Mayk Conson ilk(!!!) dəfə bu mövzuda mövqe ortaya qoydu: “Konqresin bir çox üzvləri Rusiyaya qarşı maksimal sərt sanksiyaların tətbiq olunmasını istəyir. Mən də bunu dəstəkləyirəm.”
Senator Lindsi Qrem Mayk Consonun bəyanatına cavab verib: “Çətin və təhlükəli zamanlarda qətiyyətli liderlik nümayiş etdirirsiniz.”
Senator respublikaçı Con Tyun(Senatda respublikaçıların lideri): “Prezident Tramp Ukraynada qan tökülməsini dayandırmaq üçün kifayət qədər vaxt sərf edib, lakin Vladimir Putin sülhə nail olmaqdan daha çox müharibəni davam etdirməyə maraqlı görünür.”
Demokratlar
Senator Çak Şumer(Senatda demokratların lideri):
“Putin zalım və quldur. Bəs Trampın iradəsi hanı? Onun inamı hanı? Onun göstərməyi sevdiyi sərtlik hanı? Prezident Trampın Ukraynanın mövqeyini möhkəmləndirmək üçün edə biləcəyi ən yaxşı şey, ABŞ-ın Ukraynanı dəstəklədiyini və Rusiyaya qarşı açıq şəkildə çıxdığını nümayiş etdirməkdir, amma Tramp hələ bunu etməyib. Açığını desəm, hər iki partiyadan olan senatorlar Trampın Putinə qarşı qeyri-müəyyən münasibətindən beziblər. Əgər Tramp Putinə qarşı çıxmaq istəmirsə, bunu Senat etməlidir.”
Senator Dik Dörbin(Senatda ikinci ən nüfuzlu demokrat): “Bütün dünya ABŞ-a baxır və “Putinə qarşı möhkəm dayanacaqsınızmı” sualını verir. Putin nə bizə, nə də ABŞ-a dost deyil. Cənab prezident, bizim qoyduğumuz miras Rusiyaya güzəştə getmək və transatlantik təhlükəsizliyimizin zəiflədilməsi olmamalıdır.”
Göründüyü kimi, hər iki partiya (hər iki palatada) səbirini itirir.
Qeyd edək, ABŞ-da prezidentin vetosunu zərərsizləşdirmək üçün Konqresin hət iki palatasında səslərin 2/3 lazımdır, yəni Senatda 67 səs, N/P-də isə 290 səs.