Putin İstanbul danışıqlarında təslim olmadı: Tramp təcili hərəkətə keçəcək

İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar heç bir sıçrayış olmadan başa çatıb: məhbus mübadiləsinə dair razılaşmaya baxmayaraq, Kreml Kiyevin tam təslim olmasını tələb etməkdə davam edir.
Tacxeber.com xəbər verir ki, bu barədə “CNN” yazıb.
Danışıqlar zamanı Rusiya Ukrayna tərəfinə ciddi tələblərlə – Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, NATO-ya üzv olmaqdan imtina, tam demilitarizasiya və xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulması ilə bağlı yeni memorandum təqdim edib. Ukrayna hökuməti bu şərtləri qəti şəkildə rədd edib.
Kreml həmçinin sanksiyaları ləğv etmək, təzminat ödəməkdən imtina etmək, diplomatik və iqtisadi münasibətləri tam bərpa etməkdə israrlıdır.
“Putinin maksimalist mövqeləri də Donald Trampın imicinə zərbə vurub. Ukraynada “tez sülh” strategiyasını ikinci müddətə əsas vəd kimi irəli sürən ABŞ prezidenti qəzəbləndiyini bildirib və Putinin Ukrayna şəhərlərinə son kütləvi hücumlarından sonra “tamamilə ağlını itirdiyini” deyib”, – nəşr qeyd edib.