Türkiyədə yenidən zəlzələ oldu: xəsarət alanlar var

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya X sosial şəbəkəsindəki səhifəsində ölkənin cənub bölgəsində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Nazirin sözlərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 02:17-də Marmaris kurortu yaxınlığında qeydə alınıb. Mərkəz 67 km dərinlikdə yerləşib. Yerlikaya qeyd edib ki, zəlzələni Muğla və digər vilayətinin sakinləri hiss edib. Yerlikaya əlavə edib ki, nəticədə heç bir ziyan aşkarlanmayıb.