Ukrayna dronları rus təyyarələrinin “ovuna” çıxıb

“Ukrayna dronları xeyli müddətdir ki, Rusiyaya məxsus ağır bombardmançı təyyarələrin ovuna çıxıb. Onlar həmin təyyarələri “axtarıb tapır” və dərhal məhv edirlər”.
Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiya bu təyyarələri qorumaq üçün onları döyüş bölgəsindən minlərlə kilometr uzaqlıqda gizlətsə, habelə onların yerini tez-tez dəyişsə də, Ukrayna dronları bu təyyarələri tapmaqda, onları sıradan çıxarmaqda davam edir.