Dəhşətli rüsvayçılıq: 3 test sualı səhv çıxdı, DİM “əsas” axtardı – Video

Dövlət İmtahan Mərkəzinin ekspert hesab etdiyi şəxs efirə çıxıb Kembric kitabından mənbə göstərməyə çalışıb ki, bəs sual elmi baxımdan düzdür.
Tacxeber.com xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
“Bunlar utanmaq hissini itiriblər. Gətirdikləri mənbə belə onların testinin səhv olduğunu təsdiq edir. Tarix fənnindən 3 test tapşırığı elmi cəhətdən də, dərsliklərə görə də, stantartlara görə də səhvdir. Vicdanınız olsun”, – ekspert qeyd edib.
Jurnalist Taleh Şahsuvarlı isə detallara işıq tutub. O bildirib ki, sözügedən mənbə axtarışı təqdim edilən videonun 23-cü dəqiqəsinə təsadüf edir: