• 06 İyun 2025 07:35

İrəvan Dövlət Universitetində tələbələrlə görüş zamanı millətçi tələbələr Nikol Paşinyanı qəzəbləndiriblər.

 İrəvan Dövlət Universitetində tələbələrlə görüş zamanı millətçi tələbələr Nikol Paşinyanı qəzəbləndiriblər.
Paylaş

Bir neçə gün öncə Paşinyan İrəvan Dövlət Universitetində tələbələrlə görüşüb, Ermənistan mətbuatının yazdığına görə, görüş gərgin keçib, millətçi tələbələr Nikolu qəzəbləndiriblər.

Tələbələrdən biri sual verib ki, Qarabağın “itiriləcəyini” 2018-ci ildə dəqiq bilsəydiniq, yenə də inqilab edib hakimiyyətə gələrdinizmi? Paşinyan da cavab verib ki, bəli, çünki Qarabağı “itirməsəydik” əsl müstəqil dövlət ola bilməzdik.

Digər tələbə isə Paşinyanı tənqid edib ki, siz “tarixi Ermənistan” ideyasından əl çəkməyə çağırırsınız, amma 300 min км² ərazisi olan tarixi Ermənistanı geri qaytarmaq haqqında düşünüb addımlar atmasaq, indiki Ermənistanı da itirəcəyik.

Paşinyan bu suala da məntiqli cavab verib ki, 29 743 км² ərazisi olan əsl Ermənistanı inkişaf etdirək, buna gücümüzü, enerjimizi sərf edək, miflərlə özümüzü və gələcəyimizi zəhərləməyək.

 

Bir sözlə, Paşinyan reallığı qəbul edərək, erməni mifalogiyasının mənbəyi olan kilsə ilə mübarizə apararaq, Ermənistanı “sağaltmağa” çalışır. Bu komanda Ermənistana normallaşmaq üçün bir şansdır, tələbələri belə “zəhərlənmiş”, mono-etnik toplumun “sağalması” çətin prosesdir.

Mifalogiya bu toplumun “genlərinə” işləyib, hələ də, güya, 300 min км² ərazisi olan “tarixi” Ermənistandan danışanlar var. Bu “əraziyə” Türkiyənin, Azərbaycanın, Gürcüstanın bir hissəsi “daxildir”, həmin xəstə təfəkkürlü insanlara sula vermək lazımdır ki, ay biçarələr, cəmi 3 mln. əhaliniz var, hətta fantastik və absurd ssenari təsəvvür etsək, tutalım, 300 min км² ərazisi olan Ermənistan qurduz, belə bir mifik ölkənin sərhədlərini necə qoruyacaqsınız?! Bütün əhalinizi sərhədlərə düzsəniz belə qoruya bilməzsiniz, bundan başqa, ərazi “iddianız” olan ölkələrin cəmi əhalisi 100 mil.-dur, siz 3 mln.-la 100 mln. əhaliyəmi qalib gələcəksiniz?! NATO-nun Avropa hissəsinin ən güclü ordusu olan Türkiyədənmi ərazi istəyirsiniz?! Azərbaycanın möhtəşəm Əsgəri bir qırağa, yol polisləri belə İrəvana qədər gedib çıxarlar, bunu anlamırsınızmı?! Hələ mən uzun illərdir Türkiyə tərəfindən təlim görən, standartları yüksələn Gürcüstanı demirəm, sizlər heç onlarla belə bacara bilmədiyinizi başa düşmürsünüzmü?!

 

Nə isə, Rusiyanın Ermənistanda revanşistləri qızışdırmağa çalışdığı dövr yenidən başlayır, İrəvan Universitetində provokotiv sula verənlərin “ideya babası” da ruslardır.

Paşinyan və komandası cəmiyyətin “sanitarlarıdır”, uğurları da var, cəmiyyətin böyük qismi “sağalıb-sağalır”, amma əsl imtahanları 2026-cı ilin seçkiləri olacaq – əgər o seçkiləri də Paşinyan və komandası udsa, artıq əminliklə demək olacaq ki, Ermənistan cəmiyyəti “sağalıb”, revanşistlər “marginallaşıb” və təsirlərini tam itiriblər.

Bunun üçün biz də bəzi addımlar atmalı, sülh müqaviləsini seçkilərə qədər imzalayaraq, Ermənistanın normallaşmasına öz tövhəmizi verməliyik. Görək…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər