Kelloq Rusiya aviabazalarına zərbələrdən sonra müharibənin genişlənəcəyi riskindən bəhs edir

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq iyunun 3-də “Fox News”a müsahibəsində deyib ki, Ukraynanın Rusiya hərbi aerodromlarına hücumu müharibənin daha da gərginləşməsi riskini artırıb.
Bu əməliyyatı “çox cəsarətli” adlandıran Kelloq bunun Ukraynanın təslim olmadığını göstərdiyini deyib. Bununla belə, o əlavə edib ki, belə hücumlar nəticəsində “risk səviyyəsi əhəmiyyətli dərəcədə artır”, çünki bu, Rusiyanın nüvə üçlüyünün bir komponentinə zərbə vurulması deməkdir. Kelloq bildirib ki, Rusiyanın bu hücuma necə cavab verəcəyi bəlli deyil. “Risk səviyyəsi artır. Mən düşünürəm ki, bizim də yayınmağa çalışdığımız şey məhz budur”, – o deyib.